Nazir baş həkimi işdən çıxardı

11:34 | 10.05.2018
Nazir baş həkimi işdən çıxardı

Nazir baş həkimi işdən çıxardı

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi işdən çıxarılıb.

Report xəbər verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən Şamaxı RMX-nın baş həkimi Elxan Məmmədov vəzifəsindən azad edilib.

E.Məmmədov öz ərizəsi ilə işdən ayrıldığını bildirib:

"8 il idi bu vəzifəni tuturdum. Artıq səhhətimdə yaranan problemlər səbəbi ilə öz ərizəmlə işdən azad olunmuşam".

Qeyd edək ki, Xəstəxanaya yeni baş həkim təyinatı da olub. Xəstəxananın Reanimasiya şöbəsinin reanimatoloqu Səməd Bəşarətdin oğlu Fətəliyev Şamaxı RMX-nın baş həkimi vəzifəsinə təyin edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM