Azərbaycanda dollar ucuzlaşdı TƏCİLİ

14:03 | 29.01.2018
Azərbaycanda dollar ucuzlaşdı – TƏCİLİ

Azərbaycanda dollar ucuzlaşdı TƏCİLİ

Azərbaycanın nağd valyuta bazarında ABŞ dollarının satış məzənnəsi 1,70 manatdan aşağı düşüb.

Report xəbər verir ki, Əmrahbank ASC-nin filiallarında dolların satış məzənnəsi 1,6995 AZN/USD-yə kimi geriləyib. Qeyd edək ki, yay aylarından etibarən Azərbaycanın nağd valyuta bazarında dollar 1,70 manatadan baha satılıb.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Mərkəzi Bankla (AMB) bu həftə keçirdiyi növbəti valyuta hərraclarında hazırda 1,7001 AZN/USD olan rəsmi məzənnənin geriləyə biləcəyi bildirilir. Dolların məzənnəsinin azalmasına səbəb kimi qlobal bazarda dolların ucuzlaşması və neft qiymətlərinin yüksəlməsi amilləri göstərilir.

Nağd valyuta bazarında dolların məzənnəsinin 1,63-1,65 AZN/USD, rəsmi məzənnənin isə 1,67 AZN/USD səviyyəsinə qədər geriləyə biləcəyi ehtimal edilir. Lakin ilin sonuna doğru dolların məzənnəsində yenidən artım baş tutacağı istisna edilmir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM