Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Video

08:49 | 26.04.2024
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Video

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Video

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdikləri "Toyota" markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Mirəli Rəhimov və Nihad Abışov saxlanılıblar.

Avtoxuliqanlıq hərəkətləri edən həmin şəxslər barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib.
 
Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 25 sutka inzibati qaydada həbs ediliblər.
 









www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM