Azərbaycanda polis faciəli şəkildə öldü

14:15 | 22.10.2018
Azərbaycanda polis faciəli şəkildə öldü

Azərbaycanda polis faciəli şəkildə öldü

Şabranda ağır qəzada həlak olan polis imiş. 

Anews.az xəbər verir ki, Şabran Rayon Prokurorluğundan qafqazinfo-ya verilən məlumata görə, idarəetmə hüququ olmayan polis həmkəndlisinin maşını ilə qəza törədərək ölüb.

Rayonun Sincanboyad kənd sakini, Şabran Rayon Polis Şöbəsinin serjantı 1992-ci il təvəllüdlü Pərvin Əlixan oğlu Meylaverdiyev idarə etdiyi həmkəndlisi Samir Əliyevə məxsus VAZ2106 markalı, 50BD859 dövlət nömrə nişanlı avtomobili səhər saatlarında Bakı-Quba yolunun 122-ci kilometrliyində işıq dirəyinə çırpıb, nəticədə P.Meylaverdiyev hadisə yerində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb