Azərbaycanda QƏRİBƏ OLAY

Cəmiyyət 14-06-2018 12:16
Azərbaycanda QƏRİBƏ OLAY
İmişlidə çaydan çoxlu sayda ümumvətəndaşlıq pasportu tapılıb.

Anews.az  apa-ya istinadən xəbər verir ki, İmişli rayonunun Sarıxanlı kəndində yeniyetmələr Araz çayının qolu olan Boztəpə çayında çimərkən sellofan torba tapıblar. Uşaqların valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına təhvil verilən torbada Azərbaycan vətəndaşlarına məxsus 57 ədəd ümumvətəndaş pasportları aşkar edilib.

Pasportların Şəki, Zaqatala və Balakən sakinlərinə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az