Azərbaycanlı uşaq istedadı ilə dünyanı heyran edir - FOTO

19:47 | 21.06.2018
Azərbaycanlı uşaq istedadı ilə dünyanı heyran edir - FOTO

Azərbaycanlı uşaq istedadı ilə dünyanı heyran edir - FOTO

Mikayıl adlı 10 yaşlı azərbaycanlı uşaq möhtəşəm rəsmlər çəkməklə sənətsevərləri heyrətə gətirir. 
Oxu.Az xəbər verir ki, ailəsi ilə birlikdə İstanbulda yaşayan oğlan beş yaşından müxtəlif janrlarda, o cümlədən impressionizm, müharibə və janr rəssamlığında əsərlər yaradıb. 
Bir çox sənətsevərlər gənc dahinin texnikasını böyük rəssamlarla müqayisə edirlər.  
Çətin ki, dünyada akvarel, yağlı boya və pastellə şəkil çəkməyi bacaran ikinci belə uşaq var. Onun texniki elementlərlə bağlı anlayışı heyranedicidir. 
"Instagram” hesabında paylaşdığı fotolara baxsaq, Mikayılın dünyanın müxtəlif şəhərlərində rəsmlər çəkdiyini görərik.
O, özünü "I am self taught artist” (özü öyrənmiş rəssam) adlandırır və həqiqi sematik, həyat əsərləri çəkir. Rəsmləri görənlər onların balaca uşaq tərəfindən çəkildiyinə inana bilmirlər.
Onun rəsm çəkmək istedadı var. Bu gün rəssamlığın incəliklərini ona professional rəssam Andrea öyrədir. 
Onun əsərlərinə baxan istənilən sənətsevər azərbaycanlı oğlanın istedadını yüksək qiymətləndirir. 
Axı onun hər bir əsərində məna, həyata inam, rəng çalarları və çoxmənalılıq var. 
Qeyd etmək istəyirik ki, İtaliyada tanınmış rəssam Andreanin, Türkiyədə isə tanınmış rəssam Ruzgar Fidanin studiyasında təcrübə toplayır, öz bacarıqlarını daha da inkişaf etdirir.
Oxu.Az balaca Mikayılın əl işlərinin bəzilərini təqdim edir. Həmçinin onun "Instagram” səhifəsində də əl işləri ilə tanış ola bilərsiniz. 















www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb