Bakı bulvarında ölüm hadisəsi

11:21 | 23.09.2018
Bakı bulvarında ölüm hadisəsi

Bakı bulvarında ölüm hadisəsi



Bakıda intihar hadisəsi baş verib.

BiG.AZ-ın publika.az-a istinadən məlumatına görə, dünən saat 22 radələrində Daxili İşlər Nazirliyinin 102 – qaynar xəttinə Dənizkənarı Milli Park ərazisindən bir nəfərin özünü dənizə ataraq intihar etməsi ilə bağlı məlumat daxil olub. Hadisə şahidləri bildiriblər ki, 35-40 yaşlı kişi "Park Bulvar” ticarət-əyləncə mərkəzinin yanında özünü suya atıb. O, suda boğularaq gözdən itib.


Müraciət əsasında polis xilasetmə qüvvələrinə məlumat verib və gecə saatlarında FHN-in əməkdaşları əraziyə gələrək meyiti sudan çıxarıb.

Hazırda intihar edən şəxsin kimliyinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb