Bakıda dəhşətli qəza - Bir ailə məhv oldu

16:19 | 20.06.2018
Bakıda dəhşətli qəza - Bir ailə məhv oldu

Bakıda dəhşətli qəza - Bir ailə məhv oldu

Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib. "Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, Pirallahı yolunda "VAZ 2106" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb.

Zərbənin gücündən avtomobilin arxa oturacağında əyləşən sürücünün həyat yoldaşı Sona Əliyeva və övladı, 4 aylıq Rəna hadisə yerində vəfat edib.

Avtomobili idarə edən 33 yaşlı İsmixan Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM