Bu ölkə Sorosa görə cəzalanır

11:14 | 19.07.2018
Bu ölkə Sorosa görə cəzalanır

Bu ölkə Sorosa görə cəzalanır

Avropa Komissiyası Macarıstana qarşı sanksiyalar tətbiq edə bilər.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Deyli Nyus Hungary” qəzeti yayıb. Qəzet sanksiyalara əsas səbəbin miqrasiya ilə bağlı qəbul edilən son düzəlişlərin olduğunu bildirib. Miqrasiya haqqında qanuna edilən "Stop Soros” düzəlişinin dəyişdirilməsi və problemli elan edilməsi üçün Budapeştin bir neçə ay vaxtının qaldığı vurğulanıb. Macarıstan düzəlişlər etməyəcəyi halda Avropa Komissiyasının Budapeşti məhkəməyə verəcəyi bildirilib.

Qeyd edək ki, "Stop Soros” düzəlişi qeyri-qanuni miqrantlara aid edilib. Düzəlişə əsasən, qeyri-qanuni miqrantların Macarıstana girişi, burada yerləşdirilməsi tam qadağan edilir. Miqrantların ölkəyə gəlişini təşkil edən təşkilatlara isə cinayət işi açılır.

Düzəliş "Stop Soros” adını milyarder Corc Sorosa görə alıb. Belə ki, macar hökuməti hələ də ölkəyə qeyri-qanuni miqrant axınının arxasında məhz Sorosun dayandığını düşünür.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb