Dağıstana azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

14:55 | 21.07.2018
Dağıstana azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

Dağıstana azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

Dağıstanın şərqində yerləşən İzberbaş şəhərində içərisində azərbaycanlıların olduğu "QAZel” və minik avtomobili toqquşub. Nəticədə, 2 nəfər ölüb, 10 azərbaycanlı yaralanıb.

Anews.az Virtualaz.org-a istinadən xəbər verir ki, qəza ilə bağlı Rusiya mətbuatı məlumat yayıb.

Hadisə "Qafqaz” federal avtomobil yolunda baş verib. Dağıstan Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir. Digərləri isə yüngül dərəcəli xəsarətlər alıblar. Onların arasında azyaşlı yoxdur.

"Yaralılardan ikisi müalicə üçün Mahaçqalaya göndərilib. Digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar”, - deyə məlumatda qeyd olunur.

Qəzaya düşən azərbaycanlıların Dağıstana işləməyə gəldikləri bildirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb