Dəbilqə ilə “28 Mall”a buraxmadılar - Sonra üzr istədilər

16:40 | 19.12.2018
Dəbilqə ilə “28 Mall”a buraxmadılar - Sonra üzr istədilər

Dəbilqə ilə “28 Mall”a buraxmadılar - Sonra üzr istədilər

""28 Mall” Ticarət Mərkəzinə başımda dəbilqə ilə girmişdim. Mühafizəçi yaxınlaşıb kobud şəkildə dedi ki, dəbilqə ilə girmək olmaz”.

"Qafqazinfo” xəbər verir ki, bu sözləri jurnalist Gülər Mehdiyeva sosial şəbəkədə yazıb. Mühafizəçinin hər hansı bir səbəb göstərə bilmədiyini qeyd edən G. Mehdiyeva qarşılaşdığı halla bağlı rəhbərliyə şikayət etdiyini bildirib:
"Yuxarıda rəhbərlərinə yaxınlaşdım, vəziyyəti izah etdim. O da dedi ki, ticarət mərkəzidir, olmaz. Amma heç yerdə "buraya dəbilqə ilə girmək qadağandır” sözləri yazılmayıb, işarəsi yoxdur”. 

Hadisə sosial şəbəkədə paylaşıldıqdan sonra Ticarət Mərkəzində məsələ araşdırılıb və qurum xanımdan üzr istəyib:

"Qarşılaşdığınız xoşagəlməz məsələ tərəfimizdən araşdırılırdı. Baş verən hadisəyə görə qurum adından sizdən üzr istəyirik. Geyindiyiniz dəbilqə qaydalara zidd deyil. Bu kimi halların bir daha yaşanmaması üçün təhlükəsizlik əməkdaşlarına müvafiq təlimatlar verilib. Hadisə barədə bizi məlumatlandırdığınız üçün təşəkkür edirik”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb