“Diqlas”dakı yanğının söndürülməsində iştirak edən mülki şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA

19:13 | 26.03.2019
“Diqlas”dakı yanğının söndürülməsində iştirak edən mülki şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA

“Diqlas”dakı yanğının söndürülməsində iştirak edən mülki şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün bəzi sosial şəbəkə səhifələrində "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı mülki geyimli şəxslərin də yanğının söndürülməsində iştirak etməsini əks etdirən videogörüntü paylaşılıb.
Anews.az xəbər verir ki, FHN-in mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, həmin videogörüntüdəki mülki geyimli şəxslər əslində FHN-nin DYMX-nin yanğınsöndürənləridir, bu gün onların istirahət günləri olmasına baxmayaraq, hadisə yerinə yaxınlıqda yaşadıqlarından öz həmkarlarına kömək məqsədilə əraziyə gəliblər.
FHN bir daha sosial şəbəkə istifadəçilərindən xahiş edir ki, dəqiqləşdirilmədən qərəzli şəkildə yayılan bu kimi video və ya məlumatlara deyil, nazirliyin rəsmi mövqeyinə istinad edilsin.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb