Hazır olun ! Dollar Azərbaycanda da bahalaşa bilər

12:34 | 03.08.2018
Hazır olun ! Dollar Azərbaycanda da bahalaşa bilər

Hazır olun ! Dollar Azərbaycanda da bahalaşa bilər

Xəbər verdiyimiz kimi, ölkəmizə gətirilən mobil cihazların və avtomobillərin dövlət rüsumları artıırılıb. Bu bahalaşma digər məhsulların qiymətinə necə təsir göstərəcək? Ümumiyyətlə ölkədə gedən qiymət artımları dollların məzənnəsinin yenidən bahalaşmasına gətirib çıxara bilərmi?

Bununla bağlı BiG.AZ-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, bir qrup məhsulların bahalaşması digərlərinə də öz təsirini göstərəcək: "Bu bahalaşma ilk olaraq psixoloji təsir edəcək. Yaxın zamanlarda bu psixoloji təsir iqtisadi əsaslara keçəcək. Azərbaycanda rüsumun bahalaşması bazara təsirsiz ötüşməyəcək. Rüsumun artırılması bu məhsulların satışı ilə məşğul olan insanların təlabat formasını dəyişəcək. Onların gəliri azalacaq. Əsas hər kəsi maraqlandıran bu rüsumların bahalaşma səbəbidir. Bilirsiniz ki, bütün ölkələrdə rüsumun artırılması öz məhsularından yüksək gəlir əldə etməklə bağlıdır. Bu bazarın idarə edilməsi üçün vasitədir. Bu mexanizmlə hökumət özünün daxili bazarını tənzimləyir. Yəni Azərbaycana gətirilən çayın rüsumu artırılsa normaldır. Çünki Azərbaycanda çay istehsal olunur. Həm daxili bazarımızı çayla təmin edir həm də ixrac edirik. Özümüzün də istehsal etdiyimiz məhsulların gömrük rüsumunun artırılması başa düşüləndi. Ancaq istehsal etmədiyimiz məhsulların gömrük rüsumunun artırılması anlaşılan deyil”. 

Akif Nəsirli vurğulayıb ki, Türkiyədə də dollar rekord həddə bahalaşıb: "Azərbaycanda da dolların yenidən bahalaşması gözləniləndir. İranda və Türkiydə dolların məzənnəsinin müəyyənləşməsində bazarın xüsusi rolu var. Bilirsiniz bizdə manat üzən məzənnə ilə tənzimlənir. ABŞ-ın yürütdüyü siyasət digər dövlətlərdə dolların bahalaşmasını stimullaşdırır. Ona görə bütün ölkələrdə dolların bahalaşması normaldır. Bu il artıq iki dəfə dolların məzənnəsi qaldırılıb. Azərbaycanda da gedən qiymət artımları dolların ölkəmizdə də bahalaşacağına bir işarədir”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb