İki vəkilin fəaliyyətinə qadağa qoyuldu

12:01 | 24.04.2018
İki vəkilin fəaliyyətinə qadağa qoyuldu

İki vəkilin fəaliyyətinə qadağa qoyuldu

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciətinə baxılıb.

Rüstəm Usubov qeyd edib ki, AXCP sədrinin müavini Gözəl Bayramlının vəkili Əsabəli Mustafayev və jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli mətbuata müsahibə verərkən müvəkkilərinin işini siyasiləşdirməklə, sübutların saxta olduğunu deməklə hüquq-mühafizə orqanlarının işinə kölgə salıblar.

Rəyasət Heyəti də Usubovun müraciətini təsdiqləyərək hər iki vəkilin 1 illik müddətə fəaliyyət göstərməsinə qadağa qoyub. Vəkillər heç bir qanun pozuntusuna yol vermədiklərini və qərarla bağlı məhkəməyə müraciət edəcəklərini bildiriblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb