İran yeni ballistik raketi sınaqdan keçirdi

10:20 | 23.09.2017
İran yeni ballistik raketi sınaqdan keçirdi

İran yeni ballistik raketi sınaqdan keçirdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkədə istehsal olunan "Horamşəhr” yeni ballistik raketi sınaqdan keçirib.

anews.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Tasnim” agentliyi xəbər verib.

Məlumata əsasən, bir neçə döyüş başlığını daşıyan raketin uçuş məsafəsi iki min kilometr təşkil edir.

Qeyd edək ki, ballistik raket sentyabrın 22-də Tehranda keçirilmiş hərbi paradda təqdim olunub. İlin əvvəlində İran "Fateh-110" və "Hormuz-2” ballistik raketlərini sınaqdan keçirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM