Kəlbəcərin yeni görüntüləri yayıldı- VİDEO

CəmiyyətSiyasət 16-04-2018 21:21

Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunun yeni görüntüləri yayılıb.
Gununsesi.info xəbər verir ki, yeni video görüntü havadan çəkilib. Videodan göründüyü kimi ermənilər əksər evləri yerlə-yeksan etsə də, yeni binalar da tikilib.
Qeyd edək ki, Kəlbəcər 24 ildir işğal altındadır. 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunan Kəlbəcər rayonunun ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə 70 minə yaxındır. Kəlbəcər sakinləri hazırda Azərbaycanın 59 rayonunda məskunlaşıb.


www.anews.az