Könül Kərimovaya qarşı dələduzluq edən qadına cəza verildi

19:00 | 17.12.2018
Könül Kərimovaya qarşı dələduzluq edən qadına cəza verildi

Könül Kərimovaya qarşı dələduzluq edən qadına cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, M. Məmmədova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, M.Məmmədova bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə, 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var.

İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib.

O, bu işə görə, K.Kərimovadan, ümumilikdə, 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb