Mübariz İbrahimova həsr edilən serial bu səhnəyə görə dayandırıldı - VİDEO

20:43 | 09.02.2019
Mübariz İbrahimova həsr edilən serial bu səhnəyə görə dayandırıldı  - VİDEO

Mübariz İbrahimova həsr edilən serial bu səhnəyə görə dayandırıldı - VİDEO

ATV-də başlayan "Mübarizə" adlı serialın yayımı dayandırılıb.


Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, bu barədə serialın baş qəhrəmanını canlandıran aktyor Murad Abdullayev"Facebook" hesabında məlumat verib.


"Dostlar, bu səhnəyə görə serialımızı efirdən çıxardılar. Mübariz İbrahimovun ad günündə çox pis zərbə vurdular. Tülkü kimi mənə xəbər etmədən gizlin iş çevirdilər. Mən də hamı kimi serialın cümə axşamı 22:00-da efirə getmədiyini bildim. Sonra "Youtube"da bu səhnəni kəsib yerləşdirdilər. Soruşdum ki, niyə belə etdiniz? Dedilər ki, reytinq vermir, vaxtı dəyişdik. Halbuki vaxtı dəyişəndə mənə deməli idilər və vaxta uyğun anons yığdırıb, iki gün öncə efirə verməli idim ki, insanlar vaxtın dəyişdiyini bilsinlər. Bu mənə qarşı təxribat idi. Biz bu səhnədə tarixdən danışmışıq, həqiqəti demişik" deyə, Murad bildirib.


Qeyd edək ki, "Mübarizə" serialı 17 yanvar tarixindən yayımlanırdı. Sözügedən səhnəni təqdim edirik:


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb