Bu KİV-lərə sanksiya tətbiq edildi

14:24 | 24.05.2018
Bu KİV-lərə sanksiya tətbiq edildi

Bu KİV-lərə sanksiya tətbiq edildi

Rusiyanın "Rossiya seqodnya” və "RİA Novosti” informasiya agentlikləri Kiyevin sanksiya siyahısına salınıb. Hazırda Ukrayna ərazisində hər iki xəbər saytına giriş bloklanıb.
 
AzVision.az xəbər verir ki, bu barədə məlumat Ukrayna prezidenti Pyotr Poroşenkonun rəsmi saytında yerləşdirilib. 

"Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov Rusiya xəbər agentliklərinə qarşı sanksiyaları pisləyərək, bunu Ukraynadakı rejimin gücsüzlüyünün göstəricisi hesab edib. Rusiya Dövlət Duması isə Kiyevin bu addımını senzura aktı adlandıraraq, beynəlxalq təşkilatlara şikayət edəcəklərini bildirib. 

Qeyd edək ki, bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Rusiyanın "RİA Novosti” beynəlxalq informasiya agentliyinin Ukraynadakı ofisinə basqın edərək, istintaq-axtarış əməliyyatı keçiriblər. Həmçinin, "RİA Novosti" Ukraynanın rəhbəri, jurnalist Kirill Vışinskoy yaşadığı evinin yanında həbs olunub. Rusiyalı jurnalist Donbassdakı silahlı rejimin fəaliyyətini fəal şəkildə təbliğ etməklə, Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsi ilə - dövlətə xəyanətdə ittiham olunub.

UTX-nin mətbuat katibi Yelena Qitlyansko hesab edir ki, Rusiya Federasiyasının nəzarətində olan media qurumları "təcavüzkar" dövlət tərəfindən Ukraynaya qarşı həyata keçirilən hibrid informasiya müharibəsində istifadə olunur. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb