Putin və Tramp arasında telefon danışığı olub

23:00 | 15.12.2017
Putin və Tramp arasında telefon danışığı olub

Putin və Tramp arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.

Anews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, tərəflər iki ölkə arasındakı münasibətləri və Koreya problemi daxil olmaqla, "qaynar nöqtələr”dəki vəziyyəti müzakirə ediblər.     

Məlumata görə, Putin-Tramp danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.  

Təmasların davam etdirilməsinə dair razılıq əldə olunub.  

Bundan əvvəl Rusiya və Çin Şimali Koreyanı nüvə sınaqlarına və raket atışlarına moratoriy tətbiq etməyə çağırıb. ABŞ və Cənubi Koreyaya isə bölgədə təlimlərə son  qoyulmasına dair çağırış edilib. Vaşinqton bu təşəbbüsə əhəmiyyət verməyib.  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb