Russo 14 il sonra polisə getdi

19:19 | 18.09.2018
Rusiyalı müğənni Avram Russo hüquq mühafizə orqanlarına müraciət edərək 2004-cü ildə biznesmen Telman İsmayılov tərəfindən oğurlanaraq döyüldüyünü bildirib.

Kult.az xəbər verir ki, bu barədə "Kommersant” anonim mənbələrinə istinadən məlumat yayıb. Russonun oğurlanmasına dair cinayət işi dünən açılıb. Nəticədə bir nəfər saxlanılıb.

Qəzet saxlanılan şəxsin "Praqa” restoranının keçmiş baş direktoru Zaur Mərdanov olduğunu yazıb.

İstintaq ehtimal edir ki, İsmayılov onun bütün konsertlərini ləğv edib, yalnız özü və qonaqlarının şərəfinə oxuması üçün Russonu oğurladıb. Bunun üçün Telman İsmayılov bu işi Mərdanov və daha beş adamına tapşırıb.

www.anews.az