Sarkisyanın Azərbaycana qəfil SƏFƏRİNİN SİRRİ

13:52 | 13.06.2018
Sarkisyanın Azərbaycana qəfil SƏFƏRİNİN SİRRİ

Sarkisyanın Azərbaycana qəfil SƏFƏRİNİN SİRRİ

Ermənistan prezidenti Armen Sarkisyan bu gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Publika.az xəbər verir ki, Sarkisyanın Azərbaycan torpaqlarına gəlişinin Qarabağla bağlı yeni planla əlaqədar olduğu deyilir.

Qarabağdakı qondarma rejimin "prezidenti” Bako Saakyan Xankəndidəki etiraz aksiyalarından sonra "güc strukturlarının rəhbərlərini” istefaya göndərdi, ardınca bəyan etdi ki, o, 2020-ci ildə keçiriləcək "prezident seçkilərində” namizəd olmayacaq.

Erməni siyasi şərhçi Akop Badalyan iddia edir ki, Qarabağda "seçkilər” daha tez keçiriləcək və Sarkisyanın səfəri də bununla bağlıdır.

"Cəbhədə vəziyyət gərginləşir, Azərbaycan bir sıra ərazilərə nəzarəti ələ keçirdiyini açıqladı. Buna paralel olaraq, Xankəndidə "siyasi vəziyyət” qarmaqarışıqdır. Bu kontekstdə Armen Sarkisyanın Qarabağa gedişi diqqət çəkir. Məqdəs Qarabağda vəziyyətə nəzarəti ələ almaqdır”, - deyə o yazıb.

Erməni şərhçi son günlər regionda baş verən hadisələri xatırladıb və qeyd edib ki, Armen Sarkisyanı Qarabağa Bako Saakyan dəvət edib: "Görünür, Qarabağla bağlı hələki məlum olmayan hansısa plan hazırlanır”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM