Tibb müəssisələrində seçki məntəqələri yaradılıb

14:01 | 23.03.2018
Tibb müəssisələrində seçki məntəqələri yaradılıb

Tibb müəssisələrində seçki məntəqələri yaradılıb

"Aprelin 11-nə təyin edilmiş prezident seçkilərində səhhəti ilə əlaqədar tibb müəssisələrində olan seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb”.

APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev "Səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə Azərbaycan Respublikasının Prezidenti seçkilərinin təşkili” mövzusunda seminar müşavirədə çıxışı zaman deyib. 

Nazir müavini bildirib ki, Səhiyyə Nazirliyi Azərbaycanda bütün seçkilərin şəffaf keçirilməsinə öz töhfəsini verib. O qeyd edib ki, seçki günü on minlərlə insan xəstəxanalarda olacaq: "Onların səs verməsi üçün tibb müəssisələrində seçki məntəqələri yaradılıb. Biz ötən seçkilərdə də tibb müəssisələrində olan insanların səs verməsi üçün lazımi şərait yaratmışıq”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb