Xalq artistinin qardaşı ilə birlikdə həbsdə olub, indi isə barmaqları yoxdur - VİDEO

22:55 | 24.11.2018
Xalq artistinin qardaşı ilə birlikdə həbsdə olub, indi isə barmaqları yoxdur - VİDEO

Xalq artistinin qardaşı ilə birlikdə həbsdə olub, indi isə barmaqları yoxdur - VİDEO



Bakı şəhərində evsiz qalan şəxs küçələrdə gecələməyə məcbur qalıb.

Femida.az -a daxil olan məlumata görə, Əliyev Tərlan Adil oğlu 3-cü mikrorayon, Cavadxan 30 ünvanında yerləşən binanın həyətində məskunlaşıb. Bina sakinlərinin saytıa verdiyi məlumata görə, bu şəxs artıq bir aydır ki, küçədə qalır. Özünün sakinlərə verdiyi məlumata görə, Azərbaycanın xalq artistlərindən birinin qardaşı həbs olunan zaman həmin hadisə ilə bağlı məhbus həyatı yaşayıb.(Red- Etik sayılmadığından həmin xalq artistinin adını yazıda açıqlamırıq) Həbsdən çıxdıqdan sonra ailəsi və yaxınları ondan imtina edib. Evi satılan şəxs həmin müddətdən küçələrə atılıb.

Bina sakinlərinin verdiyi məlumata görə, həmin şəxsin əlilliyi də var. Barmaqları olmadığından əşyaları tutmaqda və digər zəruri hərəkətləri etməkdə çətinlik çəkir. Ərazidə yaşayan sakinlər köməksiz şəxsə yardım ediblər. Anası ilə əlaqə saxlasalar da, ona sahib çıxan olmayıb.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə mövcud durumla bağlı məlumat verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb