Yanğın hadisələrinə görə daha iki nəfər saxlanıldı

Cəmiyyət 10-08-2018 22:15
Yanğın hadisələrinə görə daha iki nəfər saxlanıldı
Avqustun 9-da Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində iki hektar biçilmiş taxıl sahəsində küləş yanıb. Yanğın söndürülüb, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatlara əsasən, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib və onlar saxlanılıb.

www.anews.az