10 milyonluq rəsm 100 ildən sonra üzə çıxdı - Fotolar

21:50 | 14.03.2015
10 milyonluq rəsm 100 ildən sonra üzə çıxdı - Fotolar

10 milyonluq rəsm 100 ildən sonra üzə çıxdı - Fotolar

Vinsent Van Qoqun "Alfons Dodenin dəyirmanı” əsəri son yüz il ərzində ilk dəfə geniş ictimaiyyətə təqdim edilib.
 
Anspress-in məlumatına görə, bundan əvvəl əsərin müəllifi ilə bağlı şübhələr olduğu üçün ictimaiyyətə göstərilmirdi. 

Britaniya tədqiqatçıları Amsterdamdakı Van Qoq muzeyi ilə birgə ekspertiza həyata keçiriblər və nəticələr əsərin həqiqətən də Van Qoq tərəfindən çəkildiyini təsdiq edib. 

Holland rəssamının rəsm əsəri martın 13-də Niderlandın Maastrixt şəhərində TEFAF incəsənət yarmarkasında nümayiş etdirilib. Postimpressionist Vinsent Van Qoqun əsərləri hazırda dünyada ən bahalı işlərdən biri hesab olunur və onun bu əsəri təqribən on milyon dollar dəyərində qiymətləndirilib. 

"Alfons Dodenin dəyirmanı” 
Əsərin 1888-ci ildə çəkildiyi bildirilir. Orada üzümlüklərin əhatəsində və mərkəzində sınıq külək dəyirmanı təsvir olunmuş mənzərə canlanır. Əsər kağız üzərində qrafit, qamış qələm və mürəkkəbdən istifadə edilməklə çəkilib. Sonra üzəri akvarellə örtülüb.

ANN.Az
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb