1000 nəfərə yaxın insan qidadan zəhərlənib

13:23 | 18.11.2013
1000 nəfərə yaxın insan qidadan zəhərlənib

1000 nəfərə yaxın insan qidadan zəhərlənib

“Bu ilin yanvar-oktyabr ayı ərzində Azərbaycanda əhali arasında 939 qida zəhərlənməsi hadisəsi baş verib. 1315 nəfər qidadan zəhərlənib. 25 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində də 31 nəfər zərər görüb. Qida zəhərlənməsi nəticəsində 1 nəfər ölüb”. 
Bu barədə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev ANS PRESS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi bu ilin yanvar-oktyabr ayı ərzində Azərbaycanda qeydə alınan zəhərlənmələrin statistik göstəricilərin hazırlayarkən 8861 yeyinti məhsullarından nümunə götürülüb. Ondan 136-da kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 8237 nümunədən 89-da kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə, 2282, radioloji göstəricilərinə görə 236 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub.
Laboratoriya müayinələrinin nəticələrinə görə, gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 716 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. 212 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib. 79 iş istintaq orqanına verilib, 251 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb.
“Bu ilin 10 ayı ərzində şadlıq evlərindən 26234 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 436 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib. Soyuq qəlyanaltıdan 303 nümunə götürülüb ki, onlardan da 4-nün nəticəsi qeyri-kafi olub”, - deyə İmran Abdullayev bildirib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb