12 yaşlı Üsəma bin Laden öldü

10:26 | 02.01.2018
12 yaşlı Üsəma bin Laden öldü

12 yaşlı Üsəma bin Laden öldü

"Əl-Qaidə” terror təşkilatının bədnam lideri, ABŞ xüsusi təyinatlıları tərəfindən bir neçə il əvvəl Pakistanda öldürülmüş Üsəma bin Ladenin eyniadlı nəvəsi Üsəma naməlum şəraitdə ölüb.
 
Bu barədə "Al Arabia” telekanalı sosial şəbəkələrin ərəb seqmentinə istinadən bildirir.

Anews.az oxu.az-a istinadən xəbər verir ki, bəzi sosial şəbəkə istifadəçiləri Üsəma bin Ladenin oğlu və terror irsi üzrə varisi Həmzə bin Ladenin anasına və bacılarına göndərdiyi məktubu paylaşıb. Məktub həmzənin anası Hayriyə Sabara və bacılarına ünvanlanıb. Orada deyilir:
"Əziz anam, qoy Allah onu və mənim əziz qardaşlarımı qorusun, qoy Allah özü onları, mənim əziz bacılarımı hifz etsin. Ürək ağrısı və Allahın iradəsi ilə mən bizim mərd, şəhid qəhrəmanımızın, Üsəma bin Ladenin nəvəsinin... oğlumuz Üsəmanın ölümü ilə bağlı başsağlığımızı paylaşıram”.

12 yaşlı Üsəmanın kim tərəfindən və hansı şəraitdə öldürüldüyü deyilmir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti