15 ölkə təmsilçisiz qaldı

13:48 | 25.07.2014
15 ölkə təmsilçisiz qaldı

15 ölkə təmsilçisiz qaldı

UEFA Çempionlar Liqasında və Avropa Liqasında iki mərhələ arxada qalıb. “Media forum” saytı bildirir ki, 54 UEFA üzvündən 15-nin bütün təmsilçiləri Avropa klub turnirlərindən ələnib. Bunlar Lixtenşteyn, İrlandiya, Monteneqro, Albaniya, Lüksemburq, Şimali İrlandiya, Litva, Latviya, Malta, Estoniya, Uels, Ermənistan, Andorra, San Marino və Cəbəllütariqdir.
Bolqarıstan, Serbiya, Sloveniya, Gürcüstan, Bosniya, Finlandiya, Makedoniya, Farer adaları 1 təmsilçi ilə qalıblar.
Azərbaycan 4 təmsilçisindən 2-ni (“Qəbələ” və “İnter”) itirib. Yeni mövsümdə 1.500 əmsal toplayan ölkə bu göstəriciyə görə 19-cu yerdədir. UEFA klub reytinqində isə Azərbaycan 30-cu pillədə dayanır. Bu reytinq ölkələrin Avropa kuboklarında son beş mövsümdə qazandığı əmsala əsaslanır. İlkin raundlarda qələbə 1, heç-heçə yarım xal; əsas mərhələlərdə qələbə 2, heç-heçə 1 xaldır. Çempionlar Liqasının qrup mərhələsinə düşmək 4, 1/8 finala çıxmaq 5, hər iki turnirin 1/4 final, yarımfinal və finalına yüksəlmək 1 bonus xalı verir. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.
ANN.AZ
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb