15 nəfər şagirdi olan siniflər bağlanacaqmı? - AÇIQLAMA

19:44 | 18.11.2013
15 nəfər şagirdi olan siniflər bağlanacaqmı? - AÇIQLAMA

15 nəfər şagirdi olan siniflər bağlanacaqmı? - AÇIQLAMA

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir və zəruri hallarda mövcud qanunvericiliyin tələbləri gözlənilməklə siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər. 

Bu barədə ANN.Az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bununla yanaşı, Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” 19.01.2012-ci il tarixli (№10) Qərarında qeyd olunub ki, bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda mövcud şagird sayı ilə sinif təşkil edilməsinə yol verilir. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil olunur.

Nazirlikdən həmçinin, yuxarı sinif şagirdlərinin davamiyyəti məsələsinə də aydınlıq gətirilib: “10 və 11-ci sinif şagirdlərinin dərslərə davamiyyəti ilə bağlı mövcud vəziyyətə gəlincə isə məktəb direktorları bu sahədə problemlərin yaranmaması üçün müvafiq tədbirlər görürlər və bu məsələ nəzarətdə saxlanılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM