20 yanvar- qürur və qübar yerimiz!

13:12 | 20.01.2015
20 yanvar- qürur və qübar yerimiz!

20 yanvar- qürur və qübar yerimiz!

Uzman Dr. Vüqar Ələkbərov
VAPS özəl cərrahiyə mərkəzinin rəhbəri


Bu acılı anlarda Türkiyədə elmi işlerle bağlı səfərdə olsam da, düşüncəmdə xalqımızın mübarizə tarixinə həkk edilmiş 20 Yanvar faciəsini daşıyıram!

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusu tərəfindən Bakıda və respublikamızın digər şəhər və rayonlarında dinc əhaliyə qarşı qanlı cinayət həyata keçirilib. O gecə günahsız uşaqlar, qadınlar, qocalar, gənclər amansızlıqla güllələniblər.

Hər birimizin harada olmasına baxmayaraq, Şəhidlər Xiyabanı içimizdə daşıdığımız ünvandır və belə də olmalıdır. Xaricdə oxuduğum müddətdə tələbə yoldaşlarımızla birgə bu faciəni içimizdə yaşadıq və acımızın dərinliyini anlatmaq üçün ictimai tədbirlər vasitəsi ilə insanları xəbərdar etdik. Etiraf edək ki, hər bir şəhid məzarı xalqımızın şərəfli tarixi keçmişində silinməsi mümkün olmayan çapıqdır! Həm qürurlanasan, həm də qübarlanasan!

Biz qürurlanmağı seçdik, çünkü vətənimizi qorumaq və bayrağımızı yaşatmaq üçün şəhid olmağı gözə alacaq igidlərimiz var. Vətəndaşların seçim edə bilmədikləri ilahi nəsnələrlə yanaşı, xalqların da həyatında elə nüanslar var ki, nə redaktəyə gəlir, nə əməliyyatla mümkün olur!

Biz Tanrının "qonşu mərhəməti və mükafatı”ndan iraq düşmüşlərik! Ancaq bunu İlahi ədalətsizlik kimi təsnifatlandırmaq da olmur! Tanrı bizim Sahiblik İddiamızı sınağa çəkib bədnam qonşularımızla. Xalqımızın xoşbəxt, qalib və məğrur həyatını tamamlamaq üçün coğrafi və iqtisadi zənginlik, flora və fauna rəngarəngliyi ilə yanaşı iqtisadi gücümüzü də əlavə etməklə nail olmaq olar! Bizim zəif və miskin olmaq haqqımız yoxdur!

20 Yanvar hadisəsi tariximizin həm qanlı, həm də şanlı səhifəsi oldu. Bu hadisələr xalqımızın demokratiya və azadlıq mübarizəsinin dönməzliyini bütün dünyaya nümayiş etdirdi.

Allah şəhidlərimizə rəhmət eləsin.



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür