20 yaşlı gənci maşın vurdu

14:30 | 12.10.2014
20 yaşlı gənci maşın vurdu

20 yaşlı gənci maşın vurdu

Tovuzda avtomobil 20 yaşlı gənci vurub. 

Hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində baş verib. Yolu keçmək istəyən 20 yaşlı kənd sakini Niyaməddin Eyvazovu naməlum avtomobil vurub və yolun digər tərəfinə ataraq hadisə yerindən uzaqlaşıb.

Kənd sakinləri dərhal zərərçəkəni Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırıblar. Xəstəxanadan verilən məlumata görə, zərərçəkən baş nahiyəsindən güclü zədə alıb.

Qeyd edək ki, Niyaməddin Eyvazov Aşağı Quşçu kəndində marketdə işləyib. Elə hadisə də o, işdən çıxıb evə gedərkən baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Kəpəz TV

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb