Bakıda pulsuz avtobus - FOTO

12:19 | 09.01.2015
Bakıda pulsuz avtobus - FOTO

Bakıda pulsuz avtobus - FOTO

Bu gün səhər saatlarında Bakıda bəzi avtobus sürücüləri sərnişinlərə sürpriz hazırlayıb.

ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə bildirilib ki, paytaxtda işləyən 30 saylı avtobusun sürücüsü səhər saatlarında sərnişinlərə pulsuz xidmət göstərib.

Sürücü gediş haqqının pulsuz olması bildirən elanı avtobusun bir neçə yerindən asıb. Sürücü bunu Allahın sonuncu elçisi olan Məhəmməd peyğəmbərin (s.ə.s) mövludu münasibətilə etdiyini bildirib.

Lakin bu sürücünün şəxsi təşəbbüsü ilə həyata keçirilib. Bu barədə "Transkontrol” MMC-nin rəhbəri Arzu Nəcəfov ANS PRESS-ə bildirib.

"Düzü bu aksiya şirkət tərəfindnə deyil, sürücünün şəxsi şəxsi təşəbbüsü ilə həyata keçirilib. Düşünürəm ki, xoş aksiyadır”, - deyə Arzu Nəcəfov bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM