XX-609- AZ TR 15 dövlət nömrə nişanlı, son model "Galendewagen” markalı bu avtomobil "Meqapolis” restoranının yanında saxlanılıb.
Avtomobili saxlayan Bakı şəhər DYPİ-nin tağım komandiri, mayor Cəmşid Hənifəyev Avtosfer.az-a bildirib ki, nəqliyyat vasitəsini idarə edən gənc sürücü maşını saxlayandan sonra düşüb qaçıb: "Düşən kimi maşının qapılarını bağlayıb restorana girdi. Əməkdaşlarımız onu tapa bilsələr də, maşına yaxın gəlmədi. Açarları verib, özü isə restorana oturub öz kefindədir”.
İlkin araşdırmalar zamanı məlum olub ki, avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsi olmayıb. Ümumiyyətlə, onun heç sürücülük vəsiqəsi almağa yaşı da çatmır. Polisdən qaçmağının səbəbi də bu imimiş.
Yol polisləri həmin şəxsi sonradan tapa bilməsələr də, maşını cərimə meydançasına aparıblar. Hazırda araşdırmalar davam etdirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !