Prezident sərəncam imzaladı

17:35 | 12.02.2015
Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı

Azərbaycan prezidenti İlham Əliyev "Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının "Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, müvafiq dəyişikliklərə əsasən, qanunun 6.2.6-cı və 6.2.8-ci maddələrində "təyin etdiyi” sözləri "seçdiyi” sözü ilə; 6.2.7-ci maddədə "Azərbaycan Respublikası Ali Məhkəməsinin təyin etdiyi” sözləri "Məhkəmə-Hüquq Şurasının seçdiyi” sözləri ilə; 6.2.9-cu maddədə "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi” sözləri "Məhkəmə-Hüquq Şurasının seçdiyi” sözləri ilə əvəz edilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM