Sürücülərin nəzərinə: bu yoldan istifadə etməyin

12:59 | 17.03.2015
Sürücülərin nəzərinə: bu yoldan istifadə etməyin

Sürücülərin nəzərinə: bu yoldan istifadə etməyin

Bu gün Əliyar Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. 

ANN.Az xəbər verir ki, bu haqda məlumat Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilib. Məlumatda bildirilir ki, səhər saat 11:00-dan Əliyar Əliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun üfüqi nişanlanması işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Ağa Nemətulla küçəsindən istifadə etmələri tövsiyə olunur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb