İlham Əliyev fəxri adlar verdi

20:21 | 19.05.2015
İlham Əliyev fəxri adlar verdi

İlham Əliyev fəxri adlar verdi

Azərbaycan Prezidenti İlham Əliyev Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinə "Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar hüquqşünas” fəxri adı verilib:
Məmmədov Rafiq Uğuz oğlu
Nağıyev İman Məmməd oğlu
Dövlət başçısı həmçinin Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi üzvlərinin, habelə Azərbaycan Respublikası hakimlərinin təltif edilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə
Cəfərov Azər Məmməd oğlu
Hüseynov Cavid Ənvər oğlu
"Tərəqqi” medalı ilə
Allahverdiyev Əli Kərim oğlu
Bağırov Anar Ramiz oğlu
Cəfərov Ələddin Adil oğlu
Hüseynov Azər Soltanhəmid oğlu
Kalbalıyev Aslan Kalbalı oğlu

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM