I Avropa Oyunları çərçivəsində Martin MakDonax günləri... - Fotolar

13:15 | 23.06.2015
I Avropa Oyunları çərçivəsində Martin MakDonax günləri... - Fotolar

I Avropa Oyunları çərçivəsində Martin MakDonax günləri... - Fotolar


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı I Avropa Oyunları çərçivəsində repertuarında olan ən maraqlı Azərbaycan və dünya dramaturgiya nümunələrini şəhərimizin qonaqlarına, eləcə də yerli tamaşaçılarına təqdim etməkdə davam edir. 


Teatrın yaradıcı kollektivi üç gün ərzində 22-24 iyun tarixlərində Oskar mükafatçısı, dünya şöhrətli yazar Martin MakDonaxın "Lineynin trilogiyası”na daxil olan "Gözəllik kraliçası”, "Konnemarada bir kəllə” və "Yalqız Qərb” tamaşalarını nümayiş etdirəcək


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Gənc Tamaşaçılar Teatrı və British Council Azərbaycan nümayəndəliyinin birgə layihəsi çərçivəsində hazırlanmış tamaşaların quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatrrejissoru Yan Uilem Van Den Boşquruluşçu rəssamı Liza Kuk (Böyük Britaniya), işıq üzrə rəssamı Maykl Manyon (Böyük Britaniya), rejissorları Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyevadır. 


Əcnəbi və yerli tamaşaçıların alqışları ilə müşaiyət olunan tamaşalarda teatrın aktyorları, Əməkdar Artistlər Naibə Allahverdiyeva, Şəfəq Əliyeva, Qurban İsmayılov, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova, Asya Atakişiyeva, Vüqar Məmmədəliyev, Rasim Cəfərov, Manaf Dadaşov, Ramil Məmmədov, Anar Səfiyev, Vüsal Mehrəliyev iştirak edirlər. 


Məlumat üçün bildiririk ki, "Yalqız Qərb” tamaşası ötən il Rusiyanın Perm şəhərində dünyada ilk dəfə keçirilmiş I Martin MakDonax Beynəlxalq Teatr Festivalında uğurla çıxış edərək festivalın Fəxri diplomuna və Festival Prezidentinin xüsusi mükafata layiq görülmüşdür.  


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında I Avropa Oyunları ilə bağlı xarici qonaqlar üçün nəzərdə tutulmuş tamaşaların nümayişi iyun ayının 29-a dək davam edəcək.

 















               

 

 

 

 

 

                                                      


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb