Vergilər Nazirliyi tikinti şirkətini məhkəməyə verib

09:12 | 21.09.2015
Vergilər Nazirliyi tikinti şirkətini məhkəməyə verib

Vergilər Nazirliyi tikinti şirkətini məhkəməyə verib

 Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamenti "Lotos" Mənzil Tikinti Kooperativini (MTK) məhkəməyə verib.

"Report"un məlumatına görə, departament MTK-nın siyahıya alınmış əmlakının açıq hərracda satılması barədə tələb irəli sürüb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Lotos" şirkəti Azərbaycanda mənzil tikintisi ilə məşğul olur.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM