Xeyriyyə yarmarkasında iştirak etməklə İbrahimin qəhrəmanı ola bilərsən!

11:12 | 26.02.2016
Xeyriyyə yarmarkasında iştirak etməklə İbrahimin qəhrəmanı ola bilərsən!

Xeyriyyə yarmarkasında iştirak etməklə İbrahimin qəhrəmanı ola bilərsən!

Bildiyiniz kimi, İstanbula imtahana gedərkən halı pisləşib xəstəxanaya yatırılan və Leykoz diaqnozu qoyulan İbrahim Fərhadlı hal-hazırda İstanbul "Acibadem” xəstəxanasında müalicə alır. 

İbrahimin müalicəsi üçün tələb olunan məbləği yığmaq üçün bir neçə könüllü tələbə yarmarka təşkil etmək qərarına gəlib. 

Sözü gedən Xeyriyyə Yarmarkası 27-28 fevral tarixlərində, 28 Mall Ticarət Mərkəzində səhər saat 11:00-dan 21:00-a qədər baş tutacaqdır. 

Yarmarkada kitablar, suvenirlər, əl işləri, rəsm əsərləri, bijüteriya və aksessuarlar, yumşaq oyuncaqlar satılacaq.  

Qəlbində mərhəmət hissi ola hər kəsi İbrahimə dəstək olmağa və yarmarkada iştirak etməyə çağırırıq!


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM