Bu rayonlarda qaz olmayacaq

20:05 | 05.04.2016
Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

Aprelin 6-da saat 08:00-dan 20:00-dək Astara və Siyəzən magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Bu barədə "Azəriqaz” İB-dən Oxu.Az-a bildirilib.

Qurumdan qeyd edilib ki, təmir müddətində Saatlı və İmişli rayonlarının, həmçinin Xızı rayonunun Giləzi, Yeni Yaşma, Şurabad və Sitalçay, Siyəzən rayonunun Beşdam, Zarat, Çandahar və Qara Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Məlumata görə, aparılan işlərin Sabirabad rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb