Qızıl bahalaşdı

11:02 | 15.06.2016
Qızıl bahalaşdı

Qızıl bahalaşdı

Bu günə olan qiymətli metalların qiymətlərində tərəddüdlü dəyişmə var. 

ANS PRESS-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, qızılın bir qramının qiyməti bahalaşaraq 41.38 dollar olub. Digər metallarda isə əksinə qiymət azalması olub. Platinin bir qramı ucuzlaşaraq 31.35 dollar, palladiumun da qramı qiymətdə azalaraq 17.28 dollar olub. Gümüşün qiyməti dəyişməyib, qramı 56 sentə alıcılarını tapıb.

"Qara qızıl"ın qiymətlərində mənfi yöndə dəyişmə müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Layt" markalı xam neftin qiyməti enib. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 1 dollar azalaraq 47.68 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli 49.01 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0.28 dollar ucuzlaşaraq 50.69 dollar təşkil edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM