Neft ucuzlaşır

09:24 | 25.07.2016
Neft ucuzlaşır

Neft ucuzlaşır

Dünya birjalarında neftin qiymətləri ucuzlaşmaqdadır.

Oxu.Az "Bloomberg”ə istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,26% ucuzlaşaraq bir barelə görə 45,57 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27% azalaraq 44,07 dollar təşkil edib.

Qeyd edək ki, "qara qızıl”ın qiyməti iyul ayı başlayandan bu yana 44-52 dollar arasında satılıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM