İlham Əliyev yol tikintisinə pul ayırdı

19:01 | 03.08.2016
İlham Əliyev yol tikintisinə pul ayırdı

İlham Əliyev yol tikintisinə pul ayırdı

Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar rayonunun Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

ANN.Az xəbər verir ki, 11 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 400 min manat ayrılıb.

Maliyyə Nazirliyinə və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb