Sabah 15 dərəcə isti olacaq

15:56 | 03.12.2016
Sabah 15 dərəcə isti olacaq

Sabah 15 dərəcə isti olacaq

Bakı və Abşeron yarımadasında dekabrın 4-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə  5-8° isti, gündüz  10-15° isti, Bakıda gecə  6-8° isti, gündüz  13-15° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə  75-85 %, gündüz  60-70 %  təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb