Azərbaycan Ordusunun əsgəri şəhid oldu

11:21 | 15.01.2017
Azərbaycan Ordusunun əsgəri şəhid oldu

Azərbaycan Ordusunun əsgəri şəhid oldu

Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.

ANN.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM