Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə

13:43 | 02.03.2018
Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə

Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi sabah rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçirəcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, sınaq imtahanı DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək. 1-ci növbə imtahanı saat 10:00-da, 2-ci növbə isə saat 14:00-da başlayacaq.

Sınaq imtahanında iştirak etmək istəyən namizədlər müvafiq olaraq 3 mart saat 09:00 və 13:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Sınaq imtahanı rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə keçirilir.

*Sınaq imtahanında yeni test tapşırıqlarından istifadə ediləcəkdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb