İlham Əliyev başsağlığı verdi

11:32 | 25.12.2018
İlham Əliyev başsağlığı verdi

İlham Əliyev başsağlığı verdi

Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısı Coko Vidodoya başsağlığı verib. 

Anews.az-ın xəbərinə görə, başsağlığı məktubunda deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş sunami nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM