İran ABŞ-a nota verdi

22:00 | 22.10.2020
İran ABŞ-a nota verdi

İran ABŞ-a nota verdi

İran İslam Respublikası ABŞ rəsmiləri tərəfindən guya Tehranın ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etməsi ilə əlaqədar açıqlamalarını rədd edir.
Unikal.org-un məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

S.Xətibzadənin sözlərinə görə, bununla əlaqədar ABŞ-ın İrandakı mənafeyini qoruyan İsveçrənin Tehrandakı səfiri Mark Laytner İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub:

"Tehran üçün ABŞ-da namizədlərdən hansının prezident olmasının heç bir fərqi yoxdur. ABŞ rəsmilərinin İrana qarşı irəli sürülən açıqlamaları reallığı əks etdirmir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM