Sabaha gözlənilən hava açıqlandı

12:25 | 19.09.2021
Sabaha gözlənilən hava açıqlandı

Sabaha gözlənilən hava açıqlandı

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinindən Anews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-29° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 % olacaq.

Sentyabrın 20-də Abşeron yarımadsında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb